Otaq bitkiləri mənzilimizin havasını təmizləyir və ona gözəllik verir. Gəlin otaq bitkilərinə qulluq qaydaları ilə tanış olaq.
Şəkilləri müqayisə edin. Nə üçün eyni vaxtda əkilmiş çiyələk kollarının inkişafı fərqlidir? Bəs siz otaq bitkilərinə necə qulluq edirsiniz?
Bitkilərə qulluq qaydalarını öyrənib onlara riayət etsək, otağımızdakı bitkilər yaxşı inkişaf edər.