GƏNCLİK NƏĞMƏSİ
(МОЛОДЕЖНАЯ ПЕСНЯ)
Музыка Октая Раджабова,
слова Гамида Аббаса.
I
Bir bayraq ucalır əlimdə mənim,
Rəngində günəşin şəfəqləri var.
Bir nəğmə dolaşır dilimdə mənim,
Sözündə xalqımın diləkləri var.
Припев:
Mən sönməyən bir atəşəm,
Qızdırıram göyü, yeri.
Mən gəncliyəm, mən günəşəm
Görəcəyəm o günləri.
II
Keçəcək fəsillər, ötəcək illər,
Ömürlər gül açıb təzələnəcək,
O uca zirvədə bu al bayraqdan
Elimə, obama nur ələnəcək.
Припев: