I
Bizim səsimiz gəlir
Ölkənin hər yerindən.
Avazımız yüksəlir
Elin zəfərlərindən!
Припев
İdmanla məşğuluq biz,
İdman bizə can verir.
Sabahsevər nəslimiz
Bu gün imtahan verir.
II
Bizə qorxusu yoxdur
Qarların, yağışların.
Qalibiyik, a dostlar,
Gələcək yarışların.
Припев
III
Bayrağımız günəştək
Şəfəq saçır dağlara.
Yalçın zəfərlər bizi
Çəkir şanlı çağlara.
Припев