I
Gəl cərgə-cərgə, qatar-qatar,
Qüvvətin də var, qanın da var.
Dağlara qalxan zəfər səsin
Qoy səndən qalsın bir yadigar.
II
Şanlı ordumuz, xoşbəxt yaşa!
Seltək coşub gəl daşa-daşa.
Dursun salama doğma vətən,
Alqışlar olsun yar-yoldaşa!
III
Girdik meydana mərd-mərdanə,
Düşmənin yurdu batsın qana.
Hər dağa-daşa zəfərlər yazdıq,
Salam anamız Azərbaycana.
Azərbaycan! Ura! Ura! Ura!
IV
Yaşasın böyük Vətənimiz!
Onun yolunda qurbanıq biz.
Qoy al bayraqlar qalxsın göyə!
Şanlı yaşasın gənc nəslimiz.
Ura! Ura! Ura!