I
Qoy yığılsın elimin bayramına
El-oba, dost-tanış.
Qoy sevinsin əlinin zəhmətinə,
Zəhmətə min alqış.
Припев:
Aləm heyran olub
Bizim bu büsata.
Sevgi, əmək olub
Zinət bu həyata.
Qoy var olsun,
Yaradan əllər,
Sevinsin bəxtiyar ellər.
Toy olsun, bayram olsun,
Həyat firavan olsun.
II
Bu yollarda sədaqət, saf məhəbbət
Qoy bizə yar olsun.
Qəhrəmanlıq şəninə nəğmə qoşan
Qoy kaman, tar olsun.
Припев: