1947-ci il islahatının mahiyyətini izah edin.
Ölkənin siyasi strukturunda müəyyən dəyişikliklər həyata keçirildi. Fövqəladə vəziyyət aradan qaldırıldı. Sovetlərə seçkilər oldu. Totalitar rejim gücləndirildi, İ.Stalinin şəxsiyyətinə pərəstiş artdı, dövlət islah düşərgələri sistemi daha da genişləndi. Müharibədən sonra kütləvi repressiyaların yeni dalğası başladı.
Kütləvi repressiyaların həyata keçirilməsinin səbəbi nə idi? İzah edin.
1953-cü ilin martında Sov.İKP MK-nın birinci katibi İ.Stalin vəfat etdi. N.Xruşşov partiya rəhbərliyinə gətirildi. 1956-cı ilin fevralında keçirilmiş XX qurultayda Stalinin şəxsiyyətinə
pərəstiş kəskin tənqid olundu. Bu, ölkənin siyasi həyatında çox mühüm hadisə idi. Repressiyalara məruz qalmış yüz minlərlə adama bəraət verildi. Milli siyasətdə yol verilmiş kobud səhvlərin düzəldilməsinə başlanıldı. Balkar, inquş, kalmık, qaraçay, çeçen xalqlarının İkinci Dünya müharibəsinin gedişində ləğv olunmuş muxtariyyətləri bərpa edildi. İlk dəfə kolxozçulara pensiya təyin olundu. 1959-cu ildən onlara pasport verilməyə başlanıldı.
L.Brejnevin ölkə rəhbərliyinə gəlməsi ilə (1964, oktyabr) N.Xruşşovun “mülayimləşmə” siyasətinə son qoyuldu. 1965-ci ildə həyata keçirilən iqtisadi islahat cəhdləri istənilən nəticəni vermədi.
* İnzibati-bürokratik sistem – cəmiyyətin təşkilinin elə bir formasıdır ki, burada hakimiyyət orqanlarının kütlələrdən ayrılması, inzibati məsələlərin həllində bürokratik aparatdan istifadənin ən yüksək səviyyəyə çatması baş verir.