1992-ci il prezident seçkilərində demokratların lideri Bill Klinton qalib gəldi. O, “Reyqanomika”nı tənqid edərək “üçüncü yol” siyasətini təklif etdi. Bu siyasət Ruzveltin “Yeni xətt”inin və 60-cı illər liberalizminin təcrübəsini özündə əks etdirirdi. 2000-ci ilin prezident seçkilərində hakimiyyətə respublikaçıların nümayəndəsi kiçik C.Buş gəldi. ABŞ dünya iqtisadiyyatının üç (ABŞ, Avropa, Yaponiya) güc mərkəzindən birinə çevrildi. O özünü beynəlxalq terrorizmə qarşı mübarizənin başlıca qüvvəsi elan etdi.
2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda terror aktları törədildi. Bundan sonra ABŞ terrorizmə qarşı mübarizə adı altında Əfqanıstana və İraqa hücum etdi. İraqda Səddam Hüseyn rejimi devrildi. 2008-ci və 2012-ci il prezident seçkilərində ABŞ tarixində ilk dəfə qaradərili Barak Hüseyn Obama prezident seçildi. 2016-cı ilin prezident seçkilərində isə respublikaçı Donald Tramp qalib gəldi.
İlk qaradərilinin prezident seçilməsini dəyərləndirin. Sizcə, o vaxtadək qaradərili insanın prezident seçilməməsinin səbəbi nə idi?