1946-cı ilin dekabrında yeni konstitusiyanın qüvvəyə minməsi ilə Fransa tarixində Dördüncü Respublikanın 12 illik tarixi başladı. 1958-ci ildə Əlcəzairdə müstəmləkəçilik əleyhinə başlayan mübarizə Dördüncü Respublikanın süqutuna səbəb oldu. Həmin ilin payızında keçirilən referendum Şarl de Qollun tərtib etdiyi konstitusiyanı bəyəndi. Fransa prezident respublikası oldu və respublikanın ilk prezidenti Şarl de Qoll seçildi.
Dördüncü Respublikanın süqutunun səbəblərini izah edin.