Cəmiyyətin üzvləri Sultan II Əbdülhəmidi hakimiyyətə gətirdilər. O, konstitusiya qəbul etdi. Bununla da Osmanlı dövləti konstitusiyalı monarxiyaya çevrildi. Lakin Sultan II Əbdülhəmid parlament seçkilərində “Yeni osmanlılar”ın iştirakına imkan vermədi. Parlament buraxıldı və konstitusiyanın fəaliyyəti dayandırıldı.
II Əbdülhəmidin “Yeni osmanlılar”ın parlamentdə iştirakına imkan verməməsinin səbəbini izah edin.
1877–1878-ci illərdə Rusiya ilə müharibədə məğlub olan Osmanlı dövləti San-Stefano sülhünü imzalamağa məcbur oldu. Sülhün şərtləri Rusiyanın Balkanlarda mövqeyini xeyli gücləndirdi. Lakin bununla razılaşmayan İngiltərə, Fransa və Avstriya Rusiyanı Berlin konqresində San-Stefano sülh müqaviləsinin şərtlərinə yenidən baxmağa məcbur etdi.
1878-ci il Berlin konqresinin qərarına görə:
Müharibədəki uğursuzluq mütərəqqi ziyalıların sultan rejiminə qarşı mübarizəsini gücləndirdi. İstanbuldakı Hərbi Tibb Məktəbinin kursantları İttihad və Tərəqqi Cəmiyyətini yaratdılar. “Gənc türklər” hərəkatının əsası qoyuldu. Onların əsas tələbi konstitusiyanın bərpa edilməsi idi.