Az sonra Mancuriya sərhədindən
sovet qoşunlarının ümumi
hücumu başladı. Yaponiya
hökuməti təslim olduğunu
elan
etdi. Rəsmi təslim aktı 1945-ci
il sentyabrın 2-də imzalandı.
İkinci Dünya müharibəsi
başa çatdı. Bu müharibə bəşər
tarixinə
ən böyük, ən dağıdıcı
müharibə kimi daxil oldu.
ABŞ-ın “Missuri” gəmisində
Yaponiyanın təslim aktını imzalaması
- Xəritədə müharibənin tarixində əsaslı dönüş yaradan döyüşlərin baş verdiyi yerləri
göstərin.
- Tehran, Krım və Potsdam konfransları arasındakı səbəb-nəticə əlaqələrini izah
edin.
- İkinci Dünya müharibəsi sentyabrın 2-də bitdiyi halda, nə üçün mayın 9-u qələbə
günü hesab olunur?
- Faşist bloku ölkələrinin böhranı, əsaslı dönüşün başa çatması və faşist bloku ölkələrinin
Almaniyaya müharibə elan etməsi arasındakı səbəb-nəticə əlaqələrinin
ardıcıllığını
müəyyənləşdirin.
- Krım konfransına sovet diplomatiyasının qələbəsi kimi baxmaq olarmı? Cavabınızı
əsaslandırın.
- SSRİ-nin Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrindəki kommunistpərəst qüvvələri
açıqca müdafiə etməsinə əsasən, həmin ölkələrdə gələcəkdə yaradılacaq siyasi
rejimlər haqqında proqnoz verin.
- Birinci Dünya müharibəsinin nəticələri ilə İkinci Dünya müharibəsinin nəticələrini
müqayisəli təhlil edin.
- “1941–1945-ci illər müharibəsi İkinci Dünya müharibəsinin tərkib hissəsidir”
mövzusunda təqdimat
hazırlayın.