“İldırımsürətli müharibə” planının puça çıxmasının səbəbini izah edin.
Sovet qoşunlarının qələbəsi Anti- Hitler koalisiyasını möhkəmləndirdi. Moskva döyüşü zamanı Yaponiya qəflətən ABŞ-ın Havay adalarındakı Pörl-Harbor bazasına zərbə endirdi. Yapon ordusu Tailanda, Malayziyaya və Birmaya daxil oldu. Buna cavab olaraq ABŞ və Böyük Britaniya Yaponiyaya müharibə elan etdilər. Eyni zamanda Almaniya və İtaliya da ABŞ-a müharibə elan etdi. Bununla da ABŞ İkinci Dünya müharibəsinə qoşuldu.
Almaniyanın hücumunun ilk günlərindən Böyük Britaniya və ABŞ SSRİ ilə həmrəy olduqlarını elan etdi. ABŞ SSRİ-ni müdafiə etdiyini bildirdi. 1941-ci ilin yayında ABŞ-la Böyük Britaniya “Atlantika xartiyası”* adlanan sənəd imzaladı. Sənəddə qeyd olunurdu ki, onların başqa əraziləri tutmaq niyyətləri yoxdur, zorakılığa qarşı çıxır, ədalətli dünya yaradılmasını istəyirlər.
* “Atlantika xartiyası” – Atlantik okeanındakı döyüş gəmisində imzalandığı üçün belə adlandırılan sənəd