Çində milli demokratik qüvvələrin yerinə yetirmək istədiklərini izah etməyə
çalışın.
1936-cı ildə Çində vətəndaş müharibəsi nəyə görə dayandırıldı?
Vətəndaş itaətsizliyi kampaniyası, “Hindistanın idarə edilməsi haqqında” Qanun
və milli azadlıq hərəkatı arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirin.
Vətəndaş itaətsizliyi kampaniyasının Böyük Britaniyanın Hindistanı idarə etmək
rejiminə qarşı olduğunu əsaslandırın.
“Böyük Yaponiya” siyasətinin əsas tərəfdarlarının hərbçilər olmasının səbəbini
izah edin.
“Böyük Yaponiya” siyasətinin hədəfləri olan əraziləri xəritədə müəyyən edin.
Almaniya ilə Yaponiyanın xarici siyasətini müqayisə edin və oxşar cəhətlərini
müəyyənləşdirin.
Yaponiyanın hərbi əməliyyatlarda fəallaşmasında Almaniyanın rolunu göstərin.
“Böyük Yaponiya” qurmaq ideologiyasının Yaponiyanı Millətlər Cəmiyyətini
tərk etməyə aparan yol olduğunu şərh edin.
Yaponiyanın Millətlər Cəmiyyətini nümayişkaranə surətdə tərk etməsinin
səbəbini
təhlil edin.