Lozanna sülh müqaviləsinin nəticələrini təhlil edin.
Mustafa Kamal geniş islahatlar proqramı həyata keçirməyə başladı.
Həyata keçirilmiş islahatları müzakirə edib nəticələr çıxarın. Hazırda Türkiyədə iqtisadi vəziyyət nə yerdədir? Müqayisə edin.
Respublikaçılıq, millətçilik, xalqçılıq, etatizm, dünyəvilik və inqilabçılıq prinsiplərinə əsaslanan bu islahatlar ölkəni demokratik inkişaf yoluna çıxardı. TBMM 1934-cü ildə M.Kamala şərəfli “Atatürk” adı verdi.
Xarici siyasət. Türkiyə 1932-ci ildə Millətlər Cəmiyyətinə qəbul edildi və boğazlara dair Lozanna konvensiyasına yenidən baxılmasına nail oldu. 1936-cı ildə Montre konfransı çağırıldı və yeni konvensiya bağlandı: Qara dənizə çıxışı olmayan dövlətlərin hərbi gəmilərinə boğazlardan keçmək qadağan edildi. 1937-ci ildə Türkiyə, Əfqanıstan, İran və İraq arasında hücum etməmək haqqında “Səədabad Paktı” bağlandı. Bununla, İkinci Dünya müharibəsi ərəfəsində Türkiyənin bitərəfliyinin əsası qoyuldu.
* Etatizm – iqtisadi, sosial və mədəni sahələrdə dövlətin rolunu artırmaq