Ərzaq sapalağı ərzaq vergisi ilə əvəz olundu. Ərzaq vergisinin sapalaqdan fərqi onda idi ki, kəndli istehsal etdiyi məhsulun artığının sahibi olur, ona həmin məhsulu bazarda satmağa icazə verilirdi. Bu da kəndlilərin maddi marağını artırırdı. Yeni iqtisadi siyasətin ən mühüm cəhətlərindən biri ticarət azadlığının verilməsi idi.
Yeni iqtisadi siyasətin dövrün tələbi olduğunu əsaslandırın.
Bu dövrdə Rusiyada təkpartiyalı sistem formalaşdı. Bolşeviklər partiyası ölkədə yeganə siyasi qüvvəyə çevrildi. 1922-ci ilin dekabrında I Sovetlər qurultayı Rusiya, Ukrayna, Belarusiya və Cənubi Qafqaz respublikalarının (Azərbaycan, Gürcüstan və Ermənistanın federativ dövləti) birləşdiyini – SSRİ-nin yarandığını təsdiq etdi.