13. Sovet Sosialist Respublikaları İttifaqı
XX əsrin 20-ci illərində Rusiyanın tarixində yeni mərhələ başladı. Sovet hakimiyyətinin qurulmasından sonra böyük hakimiyyətə sahib SSRİ-nin yaranması dünyanın siyasi xəritəsində də dəyişikliklərə səbəb oldu.
1917-ci il oktyabr çevrilişindən sonra Rusiyada vətəndaş müharibəsi başladı. Müharibə hakimiyyətə gəlmiş bolşeviklərlə (“qırmızılar”la) keçmiş rejimin tərəfdarları – “ağlar” arasında idi. Sovet rejiminə qarşı müqavimət hərəkatı ölkəni bürüdü. Bolşeviklər əleyhdarlarına qırmızı terrorla cavab verdilər. Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Leninin göstərişi ilə çar II Nikolay bütün ailə üzvləri ilə birlikdə güllələndi.
“Narazı qüvvələrə bolşeviklər qırmızı terrorla cavab verdilər” fikrini izah edin.
Sovet hökuməti vətəndaş müharibəsi dövründə Hərbi kommunizm siyasətini* tətbiq etdi. Bu siyasətə görə, bütün istehsal sahələri dövlətin əlində mərkəzləşdirildi, istehsal və bölgü üzərində dövlət nəzarəti qoyuldu. Kənd təsərrüfatı məhsullarına sərt vergi tətbiq edildi, kəndlilərdən ərzaq sapalağı** alınmasına başlanıldı. Bu siyasət bolşeviklərin vətəndaş müharibəsində qələbə qazanmasına kömək etdi. Vətəndaş müharibəsinin gedişində bolşeviklər Baltikyanı dövlətlərin, Finlandiyanın və Polşanın müstəqilliyini tanıdılar.
Hərbi kommunizm siyasətinin mahiyyətini izah edin.
Vətəndaş müharibəsindən sonra bolşeviklərin yeritdiyi daxili siyasət narazılıq doğurdu. İqtisadi geriliyi və siyasi narazılıqları aradan qaldırmaq üçün sovet hökuməti 1921-ci ildə Yeni iqtisadi siyasətə (YİS) keçdi.
* Hərbi kommunizm siyasəti - 1918-1921-ci illərdə Sovet dövlətinin və tən daş müharibəsi şəraitində həyata keçirdiyi daxili siyasət. Bu siyasət bütün sənaye müəssisələrinin milliləşdirilməsini, ərzaq sapalağının tətbi qini, əməkhaq qının ödənilməsin də bərabərçiliyin gözlənilməsini nəzərdə tuturdu.
** Ərzaq sapalağı - kəndlinin artıq məhsulunu aşağı qiymətə dövlətə satmağa məcbur edilməsi