“Yeni xətt”in həyata keçirilməsi nəticəsində ABŞ iqtisadiyyatı böhrandan əvvəlki səviyyəsinə yüksəldi. Ruzvelt tərəfindən ABŞ-da həyata keçirilən özünütənzimləmə siyasəti kapitalizm tarixində yeni mərhələnin başlandığından xəbər verirdi.
F.Ruzvelt xarici siyasətdə bitərəf mövqe tuturdu. Konqresin qəbul etdiyi “Bitərəflik haqqında” Qanuna görə, ABŞ münaqişə iştirakçılarına silah və hərbi sursat satmaqdan rəsmən imtina edirdi. Bu qanunun çatışmayan cəhəti ondan ibarət idi ki, qanunda təcavüzkarla təcavüzə məruz qalan ölkə arasında fərq qoyulmurdu.
“Yeni xətt, ümumiyyətlə, Birləşmiş Ştatlarda xalqın müasir rifah halının yaxşılaşdırılması vəziyyətinin əsasını qoymuşdur. Yeni xəttin bəzi tənqidçiləri təsdiq edirdilər ki, hökumətin funksiyalarının qeyri-müəyyən dərəcədə genişləndirilməsi adamları azadlıqdan məhrum edə bilər. Lakin prezident F.Ruzvelt təkid edirdi ki, iqtisadi fıravanlığa təkan verən tədbirlər azadlığı və demokratiyanı gücləndirəcəkdir”.
Amerika tarixinin əsas cəhətləri. Bakı, 1998, s. 264.