Ərazisindəki alman mülklərinin Yaponiyaya verilməsindən narazı olan Çin müqaviləni imzalamadı. Millətlər Cəmiyyətinə daxil olmadığı üçün ABŞ senatı müqaviləni təsdiq etmədi. Versal sülh müqaviləsi Avstriya ilə Sen-Jermen, Bolqarıstanla Neyi, Macarıstanla Trianon, Osmanlı imperiyası ilə Sevr müqavilələrinin imzalanması ilə tamamlandı. Sülh müqavilələri ümumilikdə Versal sistemini təşkil edirdi.
Versal sisteminin mahiyyətini açıqlayın.