Dünya xalqlarının tarixi onların bəşər elminə və mədəniyyətinə
verdiyi
adlarını
çəkdiyimiz və çəkmədiyimiz neçə-neçə görkəmli şəxsiyyətin yaradıcılığı ilə qiymətləndirilir.
XIX əsrin 40-cı illərində Osmanlı dövlətində keçirilən məktəb islahatının hərbi
və inzibati islahatların tələblərindən irəli gəldiyini
sübut edin.
Müstəmləkələrdə Rusiyanın məktəblər açmasının onun müstəmləkəçilik siyasətinə
xidmət etmək məqsədi daşıdığını əsaslandırın.
İranla Hindistanda maarif və mədəniyyətin geriliyinin oxşar və fərqli cəhətlərini
göstərin.
Avropa, Amerika və Şərq xalqlarının elm və mədəniyyətinin inkişaf səviyyəsini
onların ictimai-iqtisadi quruluşu ilə əlaqələndirin.
Bu dövrün böyük yazıçılarının yaradıcılığındakı oxşar cəhətləri müəyyənləşdirin
və bu oxşarlığın səbəblərini izah edin.
Hər hansı ölkənin tarixinin müəyyən dövrünü öyrəndikdən sonra onun ədəbiyyatının
mövzularını təxminən müəyyənləşdirmək olarmı? Cavabınızı əsaslandırın.