Rəssamlıq və musiqi sahəsində nə kimi uğurlar əldə edilmişdir?
Təhkimçiliyin ləğvi, kapitalizmin inkişafı incəsənətlə yanaşı, elmin sürətli tərəqqisinə kömək etdi. İ.P.Pavlovun şərti reflekslər haqqındakı təlimi fiziologiyanın inkişafına böyük təsir göstərdi.
XIX əsrin 30–40-cı illərinin sənaye çevrilişi elmi kəşflərin gedişini sürətləndirdi. Məhz XIX əsrin ikinci yarısı elmi kəşflərlə zəngin oldu. Belə kəşflərdən biri alman mühəndisi Daymlerin düzəltdiyi benzinlə işləyən mühərrik idi. Daxili yanacaqla işləyən mühərrikin kəşfi avtomobil sənayesinin yaranmasına yol açdı. Elektrikin kəşfi ən önəmli kəşflərdən biri idi. ABŞ mühəndisi T.Edisonun ixtira etdiyi elektrik lampaları bu kəşfin əməli nəticəsi hesab olunurdu.
Elm və texnikanın qarşılıqlı təsirini açıqlayın.
XX əsrin əvvəlində alman alimi Albert Eynşteyn elmi ictimaiyyəti özünün nisbilik nəzəriyyəsinin əsas ideyaları ilə tanış etdi. O sübut etdi ki, cisimlərin ölçüləri və vaxt uzunluğu nisbidir. Bunlar sürətin yüksəkliyindən asılıdır.
Fizika fənnindən aldığınız bilik əsasında Eynşteynin nəzəriyyəsi haqqında fikirlərinizi bildirin.
XIX əsr Avropa ölkələrində və ABŞ-da ədəbiyyat və incəsənət sahəsində baş vermiş böyük dəyişikliklər, irəliləyişlər əsriidi. Bu dövrdə ədəbiyyatda romantizm və realizm cərəyanları geniş yayılmışdı.
XIX əsrin məşhur incəsənət xadimlərindən olan bəstəkar Frederik Şopenin əsərləri dünya musiqi sənətinə böyük töhfə oldu.
Həmin dövrün məşhur rəssamı Fransisko Qoyya “Gülləbaran” tablosunda ispaniyalı üsyançıların Fransa işğalçılarına qarşı mübarizəsini və onların fransız əsgərləri tərəfindən güllələnməsini təsvir etmişdir.