9. Dünya xalqlarının mədəniyyəti
Mədəniyyətin əsasını elm və təhsil təşkil edir. Elmin, maarifin, təhsilin inkişaf yolu dini məktəblərdən, mədrəsələrdən başlamışdır. Dünya xalqlarının mədəniyyətini araşdırsaq, bu danılmaz faktı tam görmək olar.
Gəncədə molla məktəbini bitirmiş Mirzə Cəfər Topçubaşov Peterburq Universitetinin professoru və Böyük Britaniya Kral Cəmiyyətinin həqiqi üzvü seçilmişdi.
M.C.Topçubaşov özündə Azərbaycan ziyalısına xas olan bütün keyfiyyətləri birləşdirirdi. Xalqının müsbət dəyərlərini özü ilə Gəncədən Peterburqa aparmışdı.
M.C.Topçubaşovun şəxsiyyətini dəyərləndirin.
XIX əsrin əvvəllərində Osmanlı imperiyasındakı təhsil müəssisələri dini məktəb və mədrəsələrdən ibarət idi. Həyata keçirilən hərbi və inzibati islahatlar isə dünyəvi təhsil almış kadrların olmasını tələb edirdi. 40-cı illərin məktəb islahatı bu ehtiyacı ödəmək məqsədini güdürdü.