Çünki quldarlıq ölkənin sənaye inkişafı yolunda başlıca maneə idi.
ABŞ sənayesinin inkişafında quldarlıq nə üçün başlıca maneə hesab edilirdi? Fikirlərinizi şərh edin.
1854-cü ildə Respublikaçılar Partiyası yarandı. Partiyada rəhbər rol sənaye burjuaziyasına məxsus idi. Fəhlələr, fermerlər, ticarət və sənaye burjuaziyası Respublikaçılar Partiyasının tərəfdarı idilər. 1860-cı ildə bu partiyanın nümayəndəsi Avraam Linkoln prezident seçildi. Cənub quldarları buna cavab olaraq ittifaqdan çıxıb Konfederasiya* yaratdılar. Bu qarşıdurma ölkədə vətəndaş müharibəsinin başlanmasına gətirib çıxardı.
ABŞ-da baş vermiş vətəndaş müharibəsinin səbəbini təhlil edin. Bu müharibənin başlanmasına daha nələr səbəb ola bilərdi?
* Konfederasiya (latın dilində “konfederasio” birlik deməkdir) – suverenliklərini mühafizə etmək üçün dövlətlərin bu və ya digər məqsədlə müvəqqəti olaraq birləşdiyi çox da möhkəm olmayan birliyi