Nə üçün bu müharibəni ABŞ tarixində İkinci İstiqlaliyyət müharibəsi adlandırırlar?
XIX əsrin əvvəllərində Avropada aparılan müharibələr ABŞ-a öz ərazilərini genişləndirməyə imkan yaratdı. Əsrin ortalarına kimi Luiziana, Florida, Şimali Kaliforniya və Texas ABŞ-a birləşdirildi.
Şimal və Cənub ştatları arasında iqtisadi inkişaf fərqli yolla gedirdi. Quldarlığın ləğv edildiyi şimalda sənaye inkişaf edir, fermer təsərrüfatı geniş yayılırdı. Cənubda isə kənd təsərrüfatında qul əməyi hakim idi və quldar plantasiyaları üstünlük təşkil edirdi. Burada irqi ayrı-seçkilik daha dərin kök salmışdı.
İrqçiliyin dərin kök salmasının səbəbi nə idi? İzah edin.
İngiltərədən gətirilən malların ticarətinə qadağa qoyulması yerli sənayenin inkişafına təkan verdi, banklar yaranmağa başladı. Ölkədə geniş vüsət alan abolisionistlər* hərəkatı quldarlığın (köləliyin) ləğv edilməsini tələb edirdi.
* Abolisionistlər – köləliyin ləğvi tərəfdarlarına verilən ad