Ost-Hind şirkətinin ləğv olunmasına münasibət bildirin. Şirkətin Hindistan üçün oynadığı rolu müəyyənləşdirin.
1885-ci ildə Ümum-Hindistan Milli Konqresi yaradıldı. Konqres milli burjuaziyanın yuxarı dairələrini və millətçi məmurları birləşdirdi. “Parçala, hökm sür” prinsipindən istifadə edən ingilislər Milli Konqresdə hindli fraksiyasını təmsil edən Tilakla müsəlmanların lideri Seyid Əhməd arasında ziddiyyətləri kəskinləşdirdilər.
İngilislərin əhalini bir-birinə qarşı qoymaqda məqsədi nə idi?
Yaponiya. Yaponiya imperatoru ölkəni “qapalı ölkə” elan etdiyi üçün Böyük Britaniya, Hollandiya və ABŞ Yaponiyanı Çinin vəziyyətinə salmaqla hədələyib onu “qapalılıq” siyasətindən əl çəkməyə məcbur etdi. XIX əsrin ikinci yarısında Yaponiya özünütəcrid siyasətindən əl çəkməyə məcbur oldu.
Özünü “qapalı ölkə” elan etmənin nə olduğunu müəyyənləşdirin. Bu siyasətin nəticələrini araşdırın.
Xalqın çıxışlarından qorxan feodallar “imperator hakimiyyətini bərpa etmək” şüarı altında hökuməti devirmək qərarına gəldilər. Mutsixito imperator taxtına çıxarıldı. Syoqun rejimi süqut etdi. 1868-ci ildə Yaponiyada burjua inqilabı baş verdi.
1889-cu ildə qəbul edilən ilk konstitusiyaya görə Yaponiya konstitusiyalı monarxiyaya çevrildi.
Daxili bazarın məhdudluğundan Yaponiyanın işğalçılıq meyilləri gücləndi, Uzaq Şərqdə nüfuz dairəsi uğrunda Rusiya ilə mübarizəyə başlanıldı.