Mərkəzi Asiya və Qazaxıstanda çarizmin müstəmləkəçilik
siyasəti və səfərbərlik
əleyhinə üsyanlar
baş verirdi. Bu üsyanların içərisində
Amangəldi
İmanovun başçılıq etdiyi və 50 mindən çox insanı əhatə edən xalq hərəkatı
xüsusilə əzəmətli idi. Lakin xalq hərəkatı çarizm tərəfindən amansızlıqla yatırıldı.
Amangəldi İmanov
- Nə üçün Rusiya Qafqazın işğalına böyük əhəmiyyət verirdi?
- Qafqaz xalqlarının islamyönümlü müridizm bayrağı altında birləşməsinin
səbəblərini
izah edin.
- Şeyx Şamil haqqında məlumat toplayaraq təqdimat hazırlayın.
- “Qafqaz müharibəsi” azadlıq mübarizəsinin səbəb və nəticələrini müəyyənləşdirərək
təhlil edin.
- Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı Mərkəzi Asiyada baş
verən üsyanlarla Cənubi Qafqazda baş verən üsyanları müqayisə edin.
- Osmanlı dövlətinin ermənilərin daxili vilayətlərə köçürülməsi barədə verdiyi
qərarın
doğru addım olmasını sübut edin.
- XX əsrin əvvəllərində Qafqazda və Rusiyanın türk bölgələrində baş vermiş
milli azadlıq hərəkatı ilə “Qafqaz müharibəsi”ni müqayisə edin.