25 avqust 1859-cu il. Şeyx Şamil rus ordusunun baş komandanı knyaz
Baryatinskinin qarşısında. Rəssam T.Horşelt, 1863
Türk dünyası. Rusiya hələ XVIII əsrin 30–40-cı illərində Qazaxıstanın şimal-qərb hissəsini – Kiçik və Orta Juzu işğal etmişdi. 1846-cı ildə Böyük Juzun işğal edilməsi ilə Qazaxıstanın işğalı başa çatdırıldı. Rusiyanın işğal rejiminə və müstəmləkəçilik siyasətinə qarşı qazax xalqı mübarizəyə qalxdı. Bütün ölkəni xalq çıxışları bürüdü. Rusiyanın milli müstəmləkə zülmünə qarşı xalq hərəkatına Kenesar Kasımov rəhbərlik edirdi. Lakin Rusiyanın hərbi qüvvələrinin üstünlüyü və bəzi yerli sultanların onlara yardımı üsyanın yatırılmasına səbəb oldu.