O, Rusiya işğalından azad etdiyi ərazilərdə güclü dövlət – imamət yaratdı. Bununla da Rusiya ordusunun Şimali Qafqazın dağlıq bölgələrinə irəliləməsinin müəyyən müddətə qarşısı alındı.
Şeyx Şamil son dərəcə ağıllı və tədbirli sərkərdə idi. Onun yaratdığı dövlətdə hər şey düşmənlə müharibə aparmağa tabe edilmişdi. Qoşunda sərt intizam yaradılmışdı. Dağlıların azadlıq mübarizəsinə Azərbaycanın şimal bölgələrinin əhalisi və Osmanlı dövləti yardım edirdi. Azərbaycanın Car-Balakən, Şəki, Quba, Borçalı və digər bölgələrindən könüllülər rus işğalçılarına qarşı igidliklə vuruşurdular. Lakin çox böyük maddi və insan ehtiyatlarına malik olan Rusiyaya qarşı uzun müddət davam edən hərbi əməliyyatlar dağlı xalqların qüvvəsini tükəndirdi. 1859-cu ildə Şeyx Şamil mübarizəni dayandırmaq məcburiyyətində qaldı. Şimal-Qərbi Qafqazda dağlı xalqların son müqavimət ocaqları 1864-cü ildə ləğv edildi, bütün Qafqaz Rusiyanın tərkibinə daxil edildi.
Şeyx Şamilin mübarizəni dayandırma səbəbini təhlil edin.