Ölkəmizdə aparılan islahatlar nəticəsində Azərbaycan artıq bir çox dünya
miqyaslı mədəni tədbirlərə və idman yarışlarına ev sahibliyi edir. 2012-ci ildə keçirilən
“Avrovision”
musiqi
yarışması, 2015-ci ildə baş tutan I Avropa Oyunları
və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi oyunları buna bariz nümunədir.
Mədəniyyətimizin təbliğində daima yorulmadan çalışan Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir.
Mehriban Əliyeva
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun
prezidenti
- Elm və texnika arasındakı qarşılıqlı əlaqəni təhlil edin.
- Səhiyyədə, rabitədə və nəqliyyatda olan böyük uğurların kökündə fizika elmində
olan kəşflərin durduğunu şərh edin.
- 1920–1930-cu illərin ədəbiyyatında yazıçıların toxunduğu mühüm hadisələr, sizcə,
hansılar idi?
- Ədəbiyyatda və incəsənətdə yeni cərəyanların ilk dəfə Qərb ölkələrində yaranmasını
nə ilə izah edə bilərsiniz? Fikrinizi əsaslandırın.
- Rok musiqi cərəyanı niyə rok hərəkatı adlanır?
- SSRİ-nin Qərbin demokratik əhvali-ruhiyyəli ədəbiyyat və incəsənət cərəyanlarına
qarşı qapalılığını özünütəcrid siyasəti adlandırmaq olarmı? İzah edin.
- Şərq musiqisinin, xüsusilə də muğamın Qərb musiqisinə təsirinə aid nümunələr
göstərin.
- Qərb mədəniyyətinin Şərq mədəniyyətinə təsirinə aid material toplayıb təqdimat
hazırlayın.
- “XXI əsr Şərq mədəniyyətinin ən gözəl nümunəsi Azərbaycan mədəniyyətidir”
mövzusunda esse yazın.