Müasir mərhələdə beynəlxalq terrorizm daha təhlükəli xarakter almışdır. Beynəlxalq terrorizm sırasında erməni terrorizmi də özünəməxsus yer tutur. Erməni terroru, əsasən, genetik düşmənləri saydıqları Türkiyə və Azərbaycan türklərinə qarşı çevrilmişdir. XX əsr və XXI əsrin əvvəllərində on minlərlə günahsız azərbaycanlı və türk erməni terrorunun qurbanı olmuşdur. XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı 32 terror aktı, o cümlədən Xocalı soyqırımı törədilmişdir.
Xocalı soyqırımı nə vaxt baş vermişdir? Bu soyqırımının nəticələrini təhlil edin.