Sovet dövlətinin Əfqanıstanda uğur qazana bilməməsinin səbəbi nə idi?
1995-ci ildə Əfqanıstanın hərbi-siyasi həyatında islamçı kimi tanınmış “Taliban” hərəkatı ortaya çıxdı. 1999-cu ildə taliblər ölkənin bütün ərazisinə nəzarət etməyə başladılar. 2001-ci ilin sentyabrında ABŞ-da törədilən faciəli terrorda Üsəma bin Ladenin və onun “Əl-Qaidə” təşkilatı üzvlərinin əli olduğunu nəzərə alaraq taliblərə qarşı müharibə elan olundu. Çünki Üsəma bin Laden Əfqanıstanda gizlənirdi. ABŞ və müttəfiqlərinin hərbi əməliyyatları nəticəsində Taliban rejimi süqut etdi. Həmid Kərzayi ölkə prezidenti seçildi. Növbəti prezident seçkilərində də o, qələbə qazandı və demokratik qüvvələrin köməyi ilə yenə vahid, demokratik Əfqanıstan uğrunda mübarizə apardı.
Hazırda ölkədə hələ də vətəndaş müharibəsi gedir. Əfqanıstandakı təhlükəsizliyi təmin edən beynəlxalq qüvvələrin tərkibində Azərbaycandan olan hərbçilər də var.