Neft amili Səudiyyə Ərəbistanı üçün nə demək idi?
Venn diaqramı qurmaqla
Səudiyyə Ərəbistanı ilə Azərbaycanı iqtisadi baxımdan
müqayisə edin.
İkinci Dünya müharibəsindən sonra da İraqda hakimiyyət ingilispərəst qüvvələrin əlində idi. 1958-ci ilin iyulunda ordunun və vətənpərvər qüvvələrin köməyi ilə inqilab baş verdi. Monarxiya rejimi devrildi, İraq respublika elan olundu. Ölkədə bir sıra mühüm dəyişikliklər həyata keçirildi. Aqrar islahatların keçirilməsinə başlanıldı.
XX əsrin 70-ci illərinin sonlarında Səddam Hüseyn başda olmaqla hərbi qrup hakimiyyəti ələ aldı. S.Hüseynin ərəb dünyasına liderlik iddiaları ölkənin gələcək fəlakəti üçün zəmin yaratdı. İraq Küveytə təcavüz edərək onun ərazisini işğal etdi. Beynəlxalq aləm bu təcavüzü qətiyyətlə pislədi. İraq BMT-nin Təhlükəsizlik Şurasının Küveyt ərazisini azad etmək tələbini rədd etdi. ABŞ və Böyük Britaniya daxil olmaqla bir sıra dövlətlər “Səhrada tufan” adı ilə İraqa qarşı hərbi əməliyyata başladı. İraq müharibəni uduzdu. Bu müharibə tarixə “Körfəz müharibəsi” kimi daxil oldu.