Balkan müharibələri
I (1912–1913)
II (1913)
Balkan İttifaqına üzv olan ölkələri xəritədə göstərin. Onları bu ittifaqı bağlamağa vadar edən səbəb-nəticə əlaqələrini izah edin.
Qacarlar İranı. XIX əsrin əvvəllərində indiki İran, Əfqanıstan və Mərkəzi Asiyanın bir hissəsi Azərbaycan türk sülaləsi olan Qacarların hakimiyyəti altında idi. Qacarlar dövlətini qeyri-məhdud hakimiyyətə malik şah idarə edirdi.
Qacarların nə zaman və kimin rəhbərliyi ilə hakimiyyətə gəldiyini xatırlayın.
Rusiya, İngiltərə və Fransa arasında Qacarlara məxsus əraziləri ələ keçirmək uğrunda mübarizə gedirdi. Rusiya daha çox hərbi gücünə güvənirdi
İngiltərə isə hərbi güc işlətmədən – siyasi və ticarət müqavilələri ilə Qacarların ərazisində öz nüfuzunu gücləndirirdi.
Qacarlar dövləti Rusiya ilə müharibələrdə məğlubiyyətə uğrayıb Cənubi Qafqazın Rusiya tərəfindən işğalı ilə barışmalı oldu.