Türkmənistan Respublikasının ilk Prezidenti Saparmurad Niyazov isə ölkənin malik olduğu bütün sərvətlərdən xalqın bəhrələnməsi üçün əsaslı addımlar atdı. Çox böyük həcmdə ixrac edilən təbii qazdan əldə olunan gəlir hesabına türkmən xalqı kommunal xərclər ödəməkdən azad edilmiş, bir sıra gündəlik tələbat mallarından isə pulsuz yararlanmaq imkanı qazanmışdı. Hazırda Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovdur.
Türkmənistan xalqının ölkədəki bütün sərvətlərdən bəhrələnmək siyasətini təhlil edin.
Tatarıstan və Başqırdıstan. Müharibədən sonrakı dövrdə Tatarıstanda və Başqırdıstanda neft çıxarılması sürətlə inkişaf etməyə başladı. Azərbaycan geoloqlarının və neftçilərinin səyi ilə bu regionlarda yeni neft yataqları kəşf edildi və istismara verildi. 1970–1980-ci illərdə nəhəng maşınqayırma və digər sənaye müəssisələri işə salındı.
SSRİ dağıldıqdan sonra Tatarıstanda və Başqırdıstanda yerli xalqların idarəçilikdə daha fəal iştirak etməsi tələbləri gücləndi. Müstəqillik uğrunda kütləvi xalq hərəkatı başlandı. Tatarıstanın ilk Prezidenti Mintimer Şaymiyev milli hərəkatla parlamentin Moskva meyilli müxalifəti arasında çox bacarıqla manevr edərək muxtar respublikada sabitliyi qoruyub saxlaya bildi. Tatarıstan Rusiyanın muxtar qurumları içərisində, ilk olaraq, suverenlik haqqında Bəyannamə qəbul etdi. 1994-cü ilin fevralında Rusiya ilə Tatarıstan arasında dövlət idarələrinin səlahiyyətlərinin bölüşdürülməsi haqqında müqavilə imzalandı.
Başqırdıstan Respublikası