Mikrodalğa rejimi yüksəktezlikli şüalanma (YTŞ) sobalarının əsas funksiyasıdır. Verilmiş mexanizmin mahiyyəti ondan ibarətdir ki, soba müəyyən uzunluqlu dalğalar generasiya edir. Bu dalğalar məhsulların tərkibinə daxil olan su molekullarının broun hərəkətini gücləndirir ki, bunun da nəticəsində məhsulların temperaturu artır. Beləliklə, mikrodalğalı sobalarda olan məhsullar öz şirəsində bişir. «Qril» rejimi müasir mikrodalğalı sobaların kifayət qədər yayılmış daha bir funksiyasıdır. Qrillərin iki növünü fərqləndirirlər: İEQ-li (istilik elektrik qızdırıcılı) və kvarslı (şəkil 4).
İEQ-li qril bir qədər ucuzdur, lakin olduqca yavaş qızır, onu təmizləmək isə asan deyil. Kvarslı qrillər İEQ-li qrildən fərqli olaraq, asan təmizlənir, işçi temperaturunu tez yığır və kameranın daxilində nisbətən az yer tutur. Hər iki qrilin etibarlılığı və elektrik sərfiyyatı eyni olduğundan hansı qrili seçəcəyinizi müstəqil olaraq özünüz həll edin. Konveksiya rejimli sobalar ətin, tərəvəzlərin, xəmir məmulatlarının və s. qızardılması üçün istifadə oluna bilər. Belə cihazların əsas xüsusiyyəti sərinləşdiricinin olmasıdır. Onun işi hesabına isti hava bütün kamera boşluğu üzrə sirkulyasiya edir. Bir qayda olaraq, belə cihazları təcrübəli evdar qadınlar əldə edir.
Yadda saxlayın ki, gözəl mikrodalğalı soba almaq üçün bu texnikanın dizaynı mətbəxin ümumi konsepsiyasına uyğun olmalı və harmonik olaraq mövcud mebelə yaraşmalıdır.
Mikrodalğalı soba ilə iş zamanı təhlükəsizlik qaydaları |