Bu zaman onlar radiodalğalardan aldığı enerjini bir-birinə ötürürlər.
Fizika qanunlarına əsasən cismin temperaturu onun atom və molekullarının hərəkətinin kinetik enerjisi ilə düz mütənasibdir. Mikrodalğalı şüalanmanın təsiri altında molekullar çox böyük tezliklə çevrilir və bir-birinə sürtünür. Bu zaman ayrılan istilik qidanın qızdırılmasına səbəb olur. Polyar molekullar nə qədər aktiv hərəkətə gəlsələr, buna uyğun olaraq, qida da bir o qədər güclü qızar.
Bu hadisəni dipol yerdəyişməsi adlandırırlar. Dipol yerdəyişməsi elektromaqnit şüalanmasının istiliyə çevrilməsi deməkdir.
Ərzaqların qızması qat səthinin mikrodalğalarla qızması hesabına və sonradan istiliyin istilikkeçirmə səbəbindən qidanın dərinliklərinə nüfuz etməsi hesabına baş verir. Mikrodalğalı sobada suyun qaynaması çaydanda olduğu kimi, yəni suya istiliyin ancaq altdan verilməsi kimi baş vermir. Mikrodalğalı isinmə hər tərəfdən gedir.
Mikrodalğalı sobalarda mikrodalğaların bir hissəsi işçi kameranın divarlarından əks olunaraq ərzağın üzərinə düşür, fırlanan stol mikrodalğaların eyni dərəcədə paylanmasına kömək göstərir (şəkil 3).
Əgər mikrodalğalı sobanın iş prinsipini mümkün qədər qısa şəkildə şərh etsək, onda şəbəkəyə qoşulduğu zaman xüsusi qurğunun (maqnetronun) görünməz mikrodalğalar şüalandırmağa başladığını qeyd edə bilərik. Şəkildə onlar qırmızı şüalar şəklində təsvir olunmuşdur. Mikrodalğalar sobanın bütün metal divarlarından əks olunur və onun ərzaqlar yerləşən mərkəzinə düşür. Mikrodalğaların təsiri nəticəsində məhsulda olan suyun molekulları hərəkət etməyə başlayır ki, bunun da nəticəsində qida qızır, bu zaman qab soyuq qalır.
Funksiyasına görə mikrodalğalı sobalar necə təsnif olunur? |
Mikrodalğalı sobaların üç əsas iş rejimi mövcuddur: mikrodalğa, qril və konveksiya1 rejimi.
1Konveksiya — istilik mübadiləsinin elə bir növüdür ki, bu zaman daxili enerji şırnaqlar və axınlar şəklində ötürülür.