Şəbəkədəki gərginlik mənbəyi (220V) maqnetrona kifayət etmədiyindən o, xüsusi yüksəkgərginlikli transformatordan (5) qidalanır.
Mikrodalğalı sobada qidanın hazırlanma sürəti bilavasitə maqnetronun generasiya edə biləcəyi gücdən asılıdır. Hazırda bir çox sobalar, məsələn, 200 ml-lik stəkandakı suyu 2-3 dəqiqəyə qaynama həddinə çatdıran, nominal gücü 700-1000 Vt olan maqnetronlara malikdir. Beləliklə, sadə vasitələrlə mikrodalğalı sobaların gücünü qiymətləndir- mək olar. Maqnetronu soyutmaq üçün yanında fasiləsiz olaraq ona hava üfürən sərinləşdirici vardır. Sərinləşdirici soba boşluğunu eyni zamanda qızdırmaqla (magnetrondan) məcburi hava konveksiyası ilə təmin edir. Bu isə məhsulların eyni dərəcədə qızdırılmasına (hazırlanmasına, bişirilməsinə) şərait yaradır.
Maqnetron tərəfindən hasil edilən mikrodalğalar dalğaverən (6) vasitəsilə sobaya - ərzaqlara verilir. Bu ən yüksək mikrodalğalı şüalanmanı qaytaran, divarları metaldan olan kanaldır. Mikrodalğalı sobanın kiçik qapısının mürəkkəb quruluşu var. O, istifadəçini görünüş sahəsi imkanı ilə (sobanın daxilində baş verənlərlə) təmin etməli və mikro- dalğaların bayıra çıxmasına imkan verməməlidir. O, şüşə və ya plastik kütlə lövhələrdən ibarət çoxqatlı kiçik qapıdır. Lövhələr arasında de- şilmiş metal vərəqdən tor vardır. Tor metal mikrodalğaları geriyə, soba boşluğuna əks etdirir. Kiçik deşiklər sırası (3 mm-dən kiçik) YTŞ şüalanmanı buraxmır. Kiçik qapının perimetr boyu dielektrik mate- rialdan kipləşdirici quraşdırılmışdır.
İdarəetmə paneli (8) paltaryuyan maşına analoji olaraq elektromexaniki və sensorlu ola bilər. Elektromexaniki panel istifadədə sadədir, lakin zaman keçdikcə hərəkətdə olan elementlər korlana bilər: bundan başqa belə panel, əsasən, mikrodalğalı sobaların köhnə modelləri üçün xarakterikdir. Bunlardan fərqli olaraq, sensor panelli mikrodalğalı sobalar, bir qayda olaraq, çoxsaylı müxtəlif funksiyalara malikdir ki, onlardan çoxu daha faydalıdır. Bu cihazlar bir qədər bahadır, lakin əlavə çəkilən xərclər geniş funksionallıq, davamlılıq və orijinal dizaynla kompensasiya olunur.
Mikrodalğalı sobanın iş prinsipi nədən ibarətdir? Sobalarda qida necə qızdırılır? |
Mikrodalğalı sobaların iş prinsipi dipol yerdəyişməsinə əsaslanır. Qidanı mikroşüaların köməyi ilə qızdırmaq üçün onda dipol molekulların olması lazımdır, yəni bir ucunda müsbət, digər ucunda mənfi elektrik yükü olan molekulların. Qidada belə molekullar çoxdur - bu, yağların, şəkərin və suyun molekullarıdır.
Bu molekullara təsir edən radiodalğaların enerjisi onları sahənin qüvvə xətləri boyunca düzülərək daima yerdəyişməyə məcbur edir. Qidaya təsir edən sahə dəyişən olduğundan molekullar elə bil ki, bir tərəfdən digərinə “yellənir”.