Mikrodalğalı soba nədir və onun quruluşu nədən ibarətdir? |
Mikrodalğalı soba - qida məhsullarının hazırlanması üçün elektrik cihazıdır. Bu cihazlarda qızdırılma effekti desimetr diapazonlu elektromaqnit dalğalarının qida məhsullarına təsiri vasitəsi ilə əldə edilir.
Bundan başqa, mikrodalğalı sobanın digər adı YTŞ sobadır. YTŞ - yüksək mikrodalğalı şüalanma deməkdir.
Məişət mikrodalğalı sobalarda tezliyi 2450 MHs olan mikrodalğalardan istifadə olunur. Mikrodalğalı sobalarda belə tezliyin qurulması radarların və digər qurğuların işinə maneə yaratmamaq üçün xüsusi dövlətlərarası razılaşmalarla təsis edilmişdir.
Mikrodalğalı sobanın quruluşu aşağıdakı təsvirdə verilmişdir (şəkil 2).
Mikrodalğalı soba qida hazırlanan metal kameradan (1) ibarətdir. Şüalanmanın bayıra çıxmaması üçün kamera kiçik qapı ilə (2) təchiz edilmişdir.
Qidanın eyni bərabərdə qızdırılması üçün kameranın daxilində elektrik mühərriki tərəfindən hərəkətə gətirilən fırlanan stol (3) yerləşdirilmişdir.
Şüalanma mənbəyi yüksək gərginlikli cihaz - maqnetrondur (4). Maqnetronun közərmə telinə 3-4 kA-a qədər yüksək gərginlik vermək lazımdır.
Şəkil 2. Mikrodalğalı sobanın quruluşu:
1) metal kamera; 2) kiçik qapı; 3) fırlanan stol; 4) maqnetron;
5) transformator; 6) dalğaverən1; 7) kondensator; 8) idarəetmə paneli;
9) ötürücü2; 10) diyircəkli separator; 11) işıqlandırma lampası;
12) ventilyasiya dəlikləri; 13) kiçik qapının kilidi; 14) anten
1 Dalğaverən — qısa məsafələrə elektromaqnit dalğa ötürən boru
2 Ötürücü — fırlanma hərəkətini bir yerdən o biri yerə ötürən mexanizm