19-cu |
MİKRODALĞALI SOBANIN
|
Mikrodalğalı soba - həyatımızı bu cihazsız təsəvvür edə bilmərik (şəkil 1).
Mikrodalğalı sobanın məişətdəki əhəmiyyəti çox böyükdür. O nə paltaryuyan maşın, nə də soyuducudur. Lakin bu danılmazdır ki, mikrodalğalı sobalar müasir mətbəxlərdə çox gözəl köməkçidir. Onlar qısa bir vaxtda qidanı, içkiləri qızdırmağa, hətta bəzi xörəkləri hazırlamağa qadirdir. Aşpazlar ərzaqların donunu bir neçə dəqiqə ərzində açmaq imkanına görə də məişət texnikasının bu növünü çox qiymətləndirirlər.
Elə bunu xatırlamaq kifayət edir ki, mikrodalğalı soba olmasa, şorbanı birbaşa nimçədə deyil, qazanda qızdırmaq lazım gələrdi. Yaxud da mikrodalğalı soba olmadan ətin donu yarım günə açılar, buterbrodların sobada bişirilməsi xeyli vaxt itkisinə səbəb olar.
Müasir zamanda bir çox yeni mikrodalğalı soba istehsalçıları sobalarda qril, sıyıq və tərəvəzlərin hazırlanması, avtomatik qızdırma, sevimli xörəyi proqramlaşdırmaq kimi imkanların olmasına çalışırlar.
Bütün bu fikirləri ümumiləşdirərək mikrodalğalı sobaların müsbət və mənfi cəhətlərini aşağıdakı kimi qeyd etmək olar:
Müsbət cəhətləri: Mikrodalğalı sobalar yeməyin hazırlanması, donunun açılması və qızdırılması vaxtını qısaldır, sağlam qida hazırlamaq (yağsız və ya minimum yağ olmaqla) imkanı yaradır.
Onların istismarı sadədir. Bu sobalarda açıq alov və asanlıqla əlçatan isti səth yoxdur.
Mikrodalğalı sobaların mənfi cəhətləri aşağıdakılardır: mətbəxdə yer tutur, işləməsinə əlavə elektrik enerjisi sərf edilir.
Göründüyü kimi, mikrodalğalı sobaların müsbət cəhətləri mənfi cəhətlərini üstələyir.
Bütün bunlardan sonra belə bir sualın verilməsi məqsədəuyğundur: