İstifadəçi kartı bankomata taxaraq pin kodu daxil edir və tələb olunan əməliyyatı seçir, tələbnamə prosesingə göndərilir, o isə tələbnaməni uyğun olaraq kartı buraxan banka istiqamətləndirir (şəkil 9).
Şəkil 9. Bankomatın iş prinsipinin sxemi
Əgər istifadəçi pul çıxarmaq istəyirsə, onda prosesing lazım olan məbləği istifadəçinin bank hesabından elektron köçürmə ilə öz hesabına köçürür. Köçürmə həyata keçən kimi, hesablayıcı mərkəz bankomata pulun verilməsi əmrini verir.
Beləliklə də, bankomatların iş sxemi bütövlükdə internet xidmətlərinin iş sxeminin analoqudur. İstifadəçi internetə keçid almaq istədikdə provayderin serverinə qoşulur, o isə öz növbəsində istifadəçini ona lazım olan informasiyaları saxlayan serverlərə istiqamətləndirir.
Bankomat hesablayıcı mərkəzi nəinki müştərilərin sorğusunu, həm də öz işi haqqında operator tərəfindən izlənilən bütün məlumatları ötürür.
Birincisi - bankomat xidmət vacibliyinin tələb olunması barədə prosesingi xəbərdar edir, məsələn, maşında pulun qurtarması və ya sistemin işində olan nasazlıqlar haqqında.
İkincisi - səhvlər haqqında bütün məlumatlar hesablama mərkəzinə daxil olur. Ancaq nəğd pul almaq üçün nəzərdə tutulmuş bankomatlardan başqa, yarımfunksional özünəxidmət bank terminalları da mövcuddur ki, onlar nəinki pul çıxarmağa, həmçinin hesaba pul qoymağa, hesabdan hesaba pul köçürməyə və digər əməliyyatlar etməyə imkan verir.