Bank kartlarının qəbul edilməsi üçün yarıqlar - kartrider (şəkil 6) kartı qəbul edən və sonra qaytaran, eləcə də informasiyanı cip və ya maqnit zolağından hesablayan mexaniki qurğudur.
Bankomat bir neçə əməliyyat apardıqdan sonra pul vəsaitlərini pul çıxartma yarığından verir, lakin pul vəsaitlərini qəbul etmək və vermək üçün yarığı olan bankomatlar da vardır (şəkil 7).
Adətən, bankomat iki ədəd xüsusi lentli printerlə təchiz olunur (şəkil 8). Bir printer qəbzi və ya müştəri üçün hesab üzrə sonuncu əməliyyatların çıxarışını çap edir. İkinci printer jurnal üçün nəzərdə tutulmuşdur, onun lentinə vaxt, bankdakı hesabatlar və mübahisəli halların həlli üçün hər bir əməliyyat haqqında məlumat yazılır.
Müasir bankomatların quruluşunda jurnal üçün printer mövcud deyil, lazımi məlumatlar elektron printerə yazılır.
Bankomatın iş prinsipi nədən ibarətdir? |
Qeyd etmək lazımdır ki, harda yerləşməsindən asılı olmayaraq, istənilən bankomat verilən bankomat şəbəkəsini idarə edən hesablayıcı mərkəzə (prose- singə) qoşulur. Şəbəkə konkret banka aid olduğu kimi, asılı olmayan qulluq təchizçisinə də aid ola bilər.