Diqqətlilik — fikrin, görmənin, eşitmənin kimə və ya nəyə yönəldilməsidir.
Qayğıkeşlik — başqasına kömək etməyə həmişə hazır olmaqdır.
Dözümlülük — fiziki və mənəvi təsir zamanı səbirli olmaq, ətraf mühitin canlıya təsir edən həddi qorumaq bacarığıdır.
Özünüidarəetmə — fərdi keyfiyyətlərinin sayəsində müdaxilə və ya kömək olmadan, müstəqil şəkildə öz işinin öhdəsindən gəlməyi bacarmaqdır.
Sivil dövlət yaratmaq üçün müasirləşməyə can atmaq lazımdır, bunun ilk addımları isə ünsiyyət mədəniyyətidir.
İnsanlar arasında mədəni əlaqələrin qurulmasında ünsiyyət mədəniyyəti böyük əhəmiyyət kəsb edir.
Ünsiyyət mədəniyyəti nədir? |
Ünsiyyət mədəniyyəti davranış mədəniyyətinin bir hissəsi olub, insanın rəftarında özünü göstərir. Ünsiyyət mədəniyyəti dedikdə aşağıdakılar nəzərdə tutulur:
Ünsiyyət mədəniyyəti xarakterin müəyyən cəhətlərini əhatə edir: insanlara hörmət, xeyirxahlıq, səmimilik, dözümlülük və s.
İnsan mütləq ünsiyyət qurmağı öyrənməlidir. Yəni qarşılıqlı əlaqələrin müxtəlifliyi haqqında maariflənməli, ətrafdakıların hərəkətlərinə və əməllərinə adekvat1 reaksiya verməyi, sosial aləmdə davranış modeli qurmağı bacarmalıdır.
Bütün bu etik qaydalar dərin humanizmə əsaslanmalıdır.
1 Adekvat — tam uyğun, eyni