Burada başlıca komponent, əlbəttə ki, bankomatın beyni sayılan kompüterdir. Müasir bankomatlarda kompüterlər ən yeni əməliyyat sistemlərinin idarə edilməsi qaydaları ilə işləyir. Bankomatın yuxarı ön hissəsində bütün monitor, klaviatura, bank kartlarını qəbul etmək üçün kartrider adlanan yarıqlar, printer, pul vəsaitlərinin verilməsi və qəbul edilməsi üçün yarıqlar yerləşdirilmişdir.
Bankomatın monitoru (şəkil 4) istifadəçinin seçimini və onun iş fəaliyyətini əks etdirmək üçün lazımdır. Monitorun ekranında istifadəçiyə onun uyğun düymələri sıxaraq seçəcəyi əməliyyatlar çoxluğu təqdim edilir. Bu düymələr ekranın solunda və sağında yerləşir. Artıq lazımi düymələri birbaşa ekranda sıxaraq istənilən əməliyyatların yerinə yetirilməsini mümkün edən sensor ekranlı bankomatlar mövcuddur.
Bankomatın boş dayanma anlarında monitor, adətən, reklam nümayiş etdirir. Müasir bankomatlar onlarla işləməyi nəinki xoş edən, həm də nümayiş etdirilən reklamın effektivliyini artıran, qoruyucu örtüklü yastı, rəngli monitorlarla təchiz edilir. Monitorun ekranı sensorlu da ola bilər - bu zaman funksional klaviatura ekranda yerləşdirilir.
Bankomatın klaviaturası (şəkil 5) pin kod və məbləğin daxil edilməsi üçün rəqəmli hissədən, daxilolma, ləğvetmə və düzəltmə düymələrindən ibarətdir.