Bankomata həddindən artıq tez-tez qulluq edilməsi üçün kasetlər pul ilə tam doldurulur. Hər kasetdə iki mindən üç minə kimi banknot yerləşdirilir.
Kasetlərin hansı pullarla doldurulması bankdan asılıdır, belə ki, banknotun uzunluğunu və enini vermək vasitəsi ilə kaseti istənilən tip banknota sazlamaq olar. Qeyd edək ki, bir kasetə ancaq bir nominallı banknotlar yükləmək olar.
Pullar kasetə yükləndikdən sonra o, xüsusi açarla bağlanaraq plomb- lanır və inkassatorlara verilir, onlar isə yerlərə gedərək əvvəlki kasetləri çıxarır və yenilərini qoyurlar.
Kaset dispenserə taxılan kimi o işlək vəziyyətə gətirilir: qapaq atılır, pullar fiderə sıxılır.
Fider - pulların “çıxarılması” üçün nəzərdə tutulmuş qurğudur.
Hər kasetin öz fideri vardır. Əgər banknot ən aşağıdakı kasetdən gəlirsə, o bütün mövcud olan fiderlərdən keçir. Əgər bir banknota təsadü- fən ikincisi ilişərsə, belə halda fider onu yerinə qaytarır.
Sonra banknot sorğuya uyğun olaraq, daxil olan banknotların eyni öl- çüdə və qalınlıqda olmasını, əyriliklərinin kənarlaşdırılması üçün nəzərdə tutulmuş qurğudan keçir. Bu, xüsusi vericilərin köməyi ilə həyata keçirilir. Bundan sonra banknotlar yoxlayıcı diverterə düşür, əgər hər şey qaydasında olarsa, diverter onları toplayıcı qurğuya (staker) göndərir.
Əgər nə isə qaydasında deyilsə, diverter onları rejekt-kasetə atır. Onu “divert-kaset” də adlandırırlar.
Rejekt-kasset pulların tullanması üçün nəzərdə tutulmuşdur. Bura bu və ya digər səbəbdən dispenserin çıxdaş etdiyi banknotlar daxil olur. Bu cırılmış, pozulmuş, bir-birinə yapışmış və ya kənarı qatlanmış bank- notlardır.
Pulun verilməsi zamanı işıq sönə və ya başqa bir pozuntu ola bilər - belə olan halda da pul məbləği rejekt-kasetə atılır.
Müasir bankomatlarda rejekt-kaset əlverişlilik nöqteyi-nəzərindən iki hissədən ibarətdir: onlardan birinə “yaxşı” pullar, digərinə isə çıxdaş edilmiş pullar atılır. Əgər dispenser həddindən artıq sayda banknot çıxdaş edirsə, bu hər hansı bir nasazlıqdan xəbər verir.
Stakerdə tələb olunan məbləğ yığıldıqda, o pul verən qurğuya daxil olur.
Qeyd etmək lazımdır ki, vericilər banknotları kasetdən çıxarandan dispenserə qayıdana kimi bütün yolboyu müşayiət edir. Təsəvvür edək ki, fider banknotun kasetdən çıxmasını qeyd etmişdir. Əgər o vaxtında stakerə düşməzsə, səhv qeyd ediləcəkdir. Bu isə prinsipcə lazım olan məbləğin müştəriyə verilməməsini təmin edir.
İndi isə bankomatın elektron içliyi yerləşmiş yuxarı hissəsini nəzərdən keçirək(şəkil 3).