Elektromexaniki taymerlər istismarda etibarlıdır. Lakin 10 ildən artıq işlədikdə onlar da sıradan çıxır.
Elektron sistemlərdə paltaryuyan maşının bütün iş rejimləri və funksiyaları elektron idarəetmə bloku tərəfindən işə salınır (şəkil 5).
Onlarda idarəetmə çox zaman daha dəqiq və effektli olur. Bundan başqa, elektronika yuma prosesi nəticəsinin yaxşılaşdırılmasını təmin edən bütöv intellektual funksiya kompleksindən istifadə edilməsinə imkan verir. Eləcə də elektron sistem qəza rejimlərində paltaryuyan maşının dayandırılmasını təmin edərək onun hər bir komponentinin işinə nəzarət edir.
Elektronika mümkün vəziyyətləri, hətta işdə olan nasazlıqları tam olaraq təhlil edir. Nasazlığın baş verməsi zamanı nöqsanların kodları müxtəlif F01, F15 simvolları ilə əks olunur ki, bu da ustaya qüsurun əmələgəlmə səbəbini tez tapmaq və onu aradan qaldırmaq imkanı verir.
Əyanilik baxımından da elektronikanın üstünlüyünü qeyd etmək lazımdır. İstifadəçiyə maşının işi haqqında tam informasiya təqdim olunaraq bütün rejimlər xüsusi displeydə əks olunur. Elektron idarəetmə sisteminin zəif cəhəti onun şəbəkələrdə hələ də rast gəlinən gərginlik fərqlərinə dayanaqsız olmasıdır. Bu zaman təmir, bir qayda olaraq, dəyəri böyük olan idarəedici modulların dəyişdirilməsindən ibarət olur. Odur ki elektron idarəetməyə malik paltaryuyan maşınları xüsusi sabitləşdirici qurğu olmadan istifadə etmək məsləhət görülmür.
İdarəetmə paneli, taymer, elektromexaniki taymer, idarəetmə bloku, birləşmiş hibrid taymer. |
Özünüyoxlama sualları |