Şəkil 3. Elektromexaniki taymerin quruluşu:
1 - addımlı elektrik mühərriki; 2 - ötürücü dişli çarxlar;
3 və 4 - yumrucuqlar paketi; 5 - sürüşən kontaktlar
Bütün digər komponentlər və qurğular taymerin kontaktlarından qidalanır.
Elketromexaniki taymerin quruluşu şəkil 3-də göstərilmişdir.
O, çıxıntıları və çökəklikləri olan proqram diskləri dəstindən ibarətdir. Çıxıntılar və dərinliklər yumrucuqlar adlanır.
Şəkil 4-də göstərildiyi kimi, reduktorlu sinxron mühərriki yumrucuqlu disk dəsti fırladır.
İdarəetmə orqanları bir sıra yumrucuqların köməyi ilə hərəkətə gətirilən kontaktlar kommutatoru1 ilə idarə olunur. Yumrucuqlara hərəkət bir sıra dişli çarxların və linglərin köməyi ilə sinxron mühərrikdən ötürülür.
Şəkil 4. Reduktorun paltaryuyan maşının
müxtəlif komponentləri ilə əlaqə sxemi
1Kommutator — elektrik dövrəsini bağlamaq və açmaq üçün qurğu