Parçanın tipindən və çirklənmə dərəcəsindən asılı olaraq paltaryuyan maşın lazım olan suyun miqdarını, qızdırılma temperaturunu, yuma müddətini və yaxalama sayını müəyyənləşdirir.
Rəqəmli displey yuma temperaturunu, sıxma zamanı barabanın dövrlər sayını, yumağa başlamada gecikmə müddətini və yumanın sonuna qalan vaxtı rəngli təsvirdə göstərir. Elektron idarəetməyə malik paltaryuyan maşınlar barabanın yüklənmə ölçüsünü müəyyənləşdirir və əgər paltarın barabanda qeyri-bərabər paylanması halı olarsa, onun daha sürətlə qovulmasına imkan vermir. Onlar çox sayda sensorlardan1 gələn siqnalları təhlil edərək bakda olan suyun temperaturunu və sərtliyini, yuyucu vasitənin şəffaflığını və paltarın yaxşı yaxalanmasını müəyyənləşdirir.
Əgər suyun verilməsi kəsilərsə, onun axması baş verərsə və ya həddən artıq köpük yaranarsa, sensorlar müstəqil olaraq maşının işləməsini dayandırır.
Yuma proqramının seçimi rahat döndərilə bilən taymerlə həyata keçirilir. İstifadəçinin göstərişləri, əlavə funksiyaların aktivləşdirilməsi idarəetmə lövhəsində yerləşən uyğun düymələrin sıxılması ilə yerinə yetirilir.
Taymerlərin iki növü var: 1. Birləşmiş hibrid; 2. Elektromexaniki hibrid.
Müasir paltaryuyan maşınlarda birləşmiş hibrid taymerlərdən istifadə olunur.
Birləşmiş hibrid taymer hansı komponentlərdən ibarətdir? |
Birləşmiş hibrid taymer iki komponentdən: elektromexaniki taymerdən (şəkil 2, a) və idarəetmə blokundan (şəkil 2, b) ibarətdir.
İdarəetmə bloku bilavasitə taymerdəki çıxışlara lehimlənmişdir və aşağıdakı əməliyyatları yerinə yetirir:
- yuma proqramlarını və əlavə funksiyaları nəzarətdə saxlayır;
- taymerin mühərrikini idarə edir;
- barabanın mühərrikini idarə edir və nəzarətdə saxlayır.
1Sensor — həssaslığa və ya həddən artıq həssaslığa əsaslanan, nəzarət edilən təsiri (işığı, təzyiqi, hərarəti və s.) qavrayan element