İnformasiyaların kompüterlərə daxil edilərək emal edilməsi üçün aşağıdakı qurğulardan istifadə olunur: klaviatura (onun köməyi ilə mətn daxil edilir və kompüter idarə olunur), siçan (onun köməyi ilə kompüter idarə olunur), skaner (skanerin köməyi ilə məlumat kompüterə daxil edilir), mikrofon (səs yazmaq üçün).
Bundan başqa, informasiyanın emal edilmiş nəticəsinin çıxarılması üçün aşağıdakı çıxış qurğulardan istifadə olunur: monitor (təsviri ekrana çıxarmaq üçün), printer (mətni və şəkli kağıza köçürmək üçün), akustik sistemlər (səsi və musiqini dinləmək üçün).
Xarici informasiya toplayıcıları da mövcuddur. Onların köməyi ilə digər mövcud olan məlumatlar kompüterə köçürülür: flaş kart, kompakt disk, daşınan sərt disk və disket, kompüter şəbəkəsi.
Noutbuk, netbuk, planşet, planşetli noutbuk, smartfon, ödəmə terminalı, bankomat, displey, sərt disk, toplayıcı, prosessor, operativ yaddaş qurğusu, klaviatura, siçan, skaner, printer, flaş kart, kompakt disk, disket. |
Özünüyoxlama sualları |
1Porsiya — bir şeyin müəyyən miqdarı, hissəsi