Məlumdur ki, kompüter informasiyaları emal edir, yəni hesablamaları yerinə yetirir. Hesablamaları isə prosessor adlanan xüsusi qurğu yerinə yetirir (şəkil 6).
Prosessor yüz milyonlarla element saxlayan mürəkkəb mikrosxemdir.
Verilmiş hər hansı informasiyanı emal etməyi və sonra onunla necə davranmağı göstərən proqram informasiyaları emal etməkdə prosessora kömək edir (sxem, 1).
Sxem 1. İnformasiyaların emalı sxemi
Göstərilən proqramlar sərt diskdən çox yavaş yüklənir. Prosessorun işsiz qalmaması üçün prosessor və sərt disk arasında operativ yaddaş qurğusu (OYQ) adlanan daha sürətli yaddaş qurğusu yerləşdirilmişdir. Bu sürətli yaddaş mikrosxemləri olan kiçik çap platasıdır (şəkil 7).
O, prosessorun proqramlara və informasiyalara çıxışını tezləşdirir.
Kompüter söndürüldükdə OYQ-də olan məlumatlar saxlanılır.
İnformasiyanın tam emalı prosesi aşağıdakı sxemdə göstərilmişdir (sxem 2).
Sxem 1. İnformasiyaların emalı sxemi
Kompüterin söndürülmüş vəziyyətində bütün məlumatlar toplayıcıda (sərt diskdə) saxlanılır. Kompüter işə salındıqda proses aşağıdakı ardıcıllıqla cərəyan edir: