Portativ qurğunun bu növünün başlıca vəzifəsi əsas multimedia imkanlarının olması ilə yanaşı, həm də internetə çıxış və ondan istifadədir.
4. Smartfon kompüter imkanlarına malik olan mobil telefondur. O, öz əməliyyat sisteminə malikdir, onda proqramlar yerləşdirmək və müxtəlif əlavələr əsasında qoşulmaq olar (şəkil 4).
Smartfonlar musiqi dinləməyə, filmə baxmağa imkan verir, onların foto və video çəkilişi funksiyaları vardır. Smartfonlarda kifayət qədər funksional proqramlar yerləşdirmək mümkündür.
Smartfonlar üçün telefonun funksiyalarını kompüterlərin funksiyalarına yaxınlaşdıran çox sayda proqramlar işlənmişdir. Bu proqramlarda işlədikdə başlıca məhdudiyyət ekranın ölçülərinin və idarəetmənin əlverişliliyinin yüksək olmamasıdır.
5. Ödəmə terminalları və bankomatlar da stasionar və fərdi kompüterlərin növlərindən biridir.
Kompüterin iş prinsipi nədən ibarətdir? |
Qeyd edildiyi kimi kompüter istənilən elektron qurğusunda olduğu kimi əsasında elektrik siqnallarının emalı prinsipləri duran, informasiyanı çevirən texniki vasitədir.
Bu prinsiplər aşağıdakılardır:
Qeyd etmək lazımdır ki, kompüter informasiyanı «0» və «1» görünüşündə, yəni ikili say sistemində saxlayır, ötürür və emal edir.
Emal olunacaq bütün məlumatlar və emal prosesinə rəhbərlik edən bütün proqramlar sıfır və təklik halında saxlanılır. Kompüterə daxil edilən informasiya toplayıcı adlanan xüsusi qurğuda saxlanılır. Toplayıcı sərt diskdir (şəkil 5).
Sərt diskin daxilində metal və ya şüşədən bir və ya bir neçə sərt qat yerləşir. Bütün informasiyalar (mətnlər, fotolar, filmlər və s.) onlarda saxlanılır. Bu informasiyalar kompüter söndürüldükdən sonra toplayıcıda qorunur.