Bükülmə imkanı isə onları daha da yığcam edir (şəkil 1).
Son zamanlar noutbuk fərdi kompüterlə daima rəqabət aparır.
Noutbukların bir sıra üstünlükləri və çatışmazlıqları var. Noutbukların üstün cəhətləri ölçülərinin kiçik, çəkilərinin az, görünüşlərinin cəlbedici olması, bütün qurğularının bir gövdədə yerləşməsi, elektrik mənbəyindən kənarda işləməsini təmin edən elektrik enerjisinə tələbatının azlığı və akkumulyator batareyasının mövcudluğudur.
2. Netbuklar əksər hallarda akkumulyator batareyası ilə işləyən elə həmin noutbuklardır. Lakin kiçik məhsuldarlığa malik olmaları, onlara böyük resurslu əlavələrlə işləməyə imkan vermir (şəkil 2).
Netbukların bəzi fərqli cəhətləri var: onların çəkiləri az (1 kq-dan 2 kq-a qədər), ölçüləri kiçikdir (asanlıqla çantaya yerləşir). Elektrik enerjisinə tələbatının az olması səbəbindən akkumulyator batareyasından çox işləyə bilməsi (8 saata qədər), satış qiymətlərinin nisbətən aşağı olması ilə seçilir.
Lakin bəzi çatışmazlıqlara da malikdirlər: netbuk yüksək məhsuldarlığa malik deyil, ekranının diaqonalı kiçikdir.
3. Planşetlər1 istifadəçilərin tələbatlarını FCK (Fərdi Cib Kompüterləri) və smartfon arasında bölən daşınan kompüterlərdir (şəkil 3, a).
Bir gövdədə internet səhifələrinə və videoya çıxış, musiqi dinləmək üçün hesablama potensialı, əsas daxiletmə qurğusu olan sensorlu displey yerləşir. O yığcamdır, əsl köməkçidir, bəzi hallarda isə kiçik ölçüdə olmasına görə noutbukdan daha əlverişlidir.
Planşetli noutbuklarda displeydən əlavə noutbuklarda olduğu kimi klaviatura da olur və onlar modelindən asılı olaraq ya qatlanan, ya da ki, irəli çəkilə bilən olur (şəkil 3, b).
Şəkil 3. a) planşet; b) planşetli noutbuk
1Planşet — fransız sözüdür (Plachette) - mənası lövhə, tamasa (ensiz hamar lövhə) deməkdir.