IV nəsil (1981-dən sonrakı dövr) böyük və çox böyük inteqral sxem texnologiyası ilə yaradılan mikro və mini kompüterlərdir. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir (FK). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi.
V və sonrakı nəsil - yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompüterləridir. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malikdir. Yeni arxitekturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrə əsaslanır. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq, kompüterlərin məhsuldarlığı bəzi hallarda və müəyyən sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompüterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.
Elektron texnologiyaları, informasiya texnologiyaları, informasiyanın rəqəmli emalı, kompüter, fərdi kompüter. |
Özünüyoxlama sualları |